"Etibar Əliyevin üstünə dəstə ilə hücum çəkmək, onu linç etmək doğru deyil" — Professor
21-07-2021, 21:33
"Deputat Etibar Əliyev jurnalistlər üçün nəzərdə tutulan 3-cü binanın şəhid ailələri və qazilərə verilməsi ilə bağlı təklif səsləndirib. Bir fikirdir, söyləyib. Bu təklifi bəyənmək, etiraz etmək, yaxud tənqid və ya təqdir etmək olar. Amma adamın üstünə dəstə ilə hücum çəkmək və onu linç etmək doğru deyil. Bu, jurnalist həmrəyliyi deyil, korporativ maraq savaşıdır. Media və jurnalistika bunun üçün deyil".
Demokrat.az-ın xəbərinə görə, bu sözləri özünün "Facebook" hesabında media eksperti, professor Qulu Məhərrəmli qeyd edib.
Tanınmış jurnalist fikirlərini belə tamamlayıb:
"Bu məmləkətdə hamının evi olmalıdır, ibtidai sinif müəlliminin də, elmi işçinin də, mühəndisin, gənc mütəxəssisin, jurnalistin və həkimin də".
Xatırladaq ki, deputat Etibar Əliyev bir neçə gün öncə sosial şəbəkə hesabında yazdığı bu statusu birmənalı qarşılanmamışdı: