Sahil Babayev xanım qaziyə haqsızlıq etdi, aksiya keçirdi – Foto

12-08-2021, 15:16           
Sahil Babayev xanım qaziyə haqsızlıq etdi, aksiya keçirdi – Foto
Bu gün 1-ci Qarabağ müharibəsinin iştirakçısı, qazi Rüxsarə Cumayeva etiraz aksiyası keçirib. Reportyor.info məlumat verir ki, Cumayeva 1-ci qrup əlillik dərəcəsinin ləğv edilərək 3-cü dərəcə təyin olunmasına etiraz edib. O, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu addımından Prezidentə şikayətini çatdırıb. Qarabağ qazisi bildirib ki, ona 3-cü qrup əlil statusu verilməsi əsassızdır və nazir Qarabağ döyüşçülərini dövlətdən narazı salmaqla məşğuldur. Qeyd edək ki, son dövrlər S. Babayevin əlillik dərəcəsinin təyin olunması ilə bağlı yürütdüyü siyasət cəmiyyətdə ciddi gərginliyə və hökumətdən narazılığa səbəb olub. Minlərlə insanın əlilliyi ya, ləğv olunur, ya da dərəcəsi dəyişir. Ümumiyyətlə, S. Babayevin bu fəaliyyəti ilk növbədə hakimiyyəti sabotaj etməkdir və yüzlərlə vətəndaşı küsdürməkdir. Cumayeva çıxışında dövlət orqanlarına səslənib və vətən üçün sağlamlığını itirən bir xanım qaziyə qarşı bu münasibətə reaksiya verilməsini istəyib. reportyer.info/
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru