Azərbaycandan Rusiyaya göndərilən 140 ton məhsul geri qaytarılıb

12-08-2021, 16:16           
Azərbaycandan Rusiyaya göndərilən 140 ton məhsul geri qaytarılıb
“Rosselxoznadzor” Azərbaycandan gətirilən və karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı tərəvəz və meyvəni (8 mal partiyası) Rusiya ərazisinə buraxmayıb.

Ölkə.az İnterfaks-a istinadən xəbər verir ki, 2021-ci ilin iyul ayında “Rosselxoznadzor”un Qafqaz Regionlararası İdarəsi tərəfindən Azərbaycandan və İrandan gətirilən 20,997 min ton tərəvəz və meyvə yoxlanılıb. Karantin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı bitkiçilik məhsulları (hər biri 8 mal partiyası olmaqla) Rusiya ərazisinə buraxılmayıb.

Qadağan olunmuş məhsullar arasında Azərbaycandan 82,2 t təzə pomidor və 54,8 t təzə nektarin olub. Yüklər ixracatçı ölkələrə geri qaytarılıb.

Xidmətin məlumatına görə, yük sahibləri Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.*












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru