"Bu məlumatlar həqiqətəuyğun deyil" - Qusar Rayon İcra Hakimiyyəti

16-08-2021, 16:37           
"Bu məlumatlar həqiqətəuyğun deyil" - Qusar Rayon İcra Hakimiyyəti
Qusar Rayon İcra Hakimiyyəti bir sıra saytlarda gedən məlumatları təkzib edib.

Qusar Rayon İcra Hakimiyyətindən KONKRET.az-a bildirilib ki, son günlər bir sıra informasiya portallarında rayon icra hakimiyyəti ilə bağlı həqiqətəuyğun olmayan, təxribat xarakterli məlumatlar yayılmaqdadır. Belə ki, bəzi saytlarda Qusar Rayon İcra Hakimiyyəti tərəfindən 2-ci Qarabağ müharibəsində həlak olmuş və Qusar rayonunda dəfn edilmiş şəhidlərin məzarlarının mərmərlə üzlənməsi ilə bağlı görülmüş işlərin dəyərinin ödənilmədiyinə dair həqiqətəuyğun olmayan informasiyalar yerləşdirilib. Rayon İcra Hakimiyyəti bu qəbildən olan məlumatların əsassız olduğunu bildirir, qeyd olunan məsələlərin həssas mövzu olduğunu nəzərə alaraq dəqiqləşdirilməmiş məlumatların ictimailəşdirilməməsini xahiş edir.

Qusar Rayon İcra Hakimiyyəti informasiya mübadiləsi sahəsində ölkədə fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri ilə hər zaman əməkdaşlıq etməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru