Bakının bu rayonu ərazisində küçəyə atılan zibillər vaxtında daşınmır - VİDEO

18-10-2021, 10:48           
Bakının bu rayonu ərazisində küçəyə atılan zibillər vaxtında daşınmır - VİDEO
Sabunçu rayonu, şəhər şosesi, döngə 2 ünvanında yaşayan sakinlər küçəyə atılan zibillərin vaxtında daşınmamasından şikayətlənir. Onlar deyirlər ki, ərazidə zibil qutularının az olması da yaşadıqları ərazidə xoşagəlməz mənzərə yaradır.

Pravda.az-ın məlumatına görə, kifayət qədər zibil qutusu olmadğı üçün məişət tullantıları pərakəndə şəkildə ətrafa atılır.

Çəkiliş apardığımız zaman sözügedən əraziyə Sabunçu rayon kommunal idarəsinə məxsus zibil daşıyan maşın gəldi. İdarənin işçiləri tərəfindən qutulardakı zibillər avtomobilə yüklənsə də, ətrafdakı zibillər yığışdırılmadı.

Problemlə bağlı Sabuçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz boşa çıxdı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru