Bakıda 1722 manata kirayə mənzillər verilir

21-10-2021, 10:30           
Bakıda 1722 manata kirayə mənzillər verilir
Sentyabr ayında Bakıda ucuz kirayə mənzillərin orta qiyməti 413,6 manat, bahalı kirayə mənzllərin qiyməti isə 1722 manat təşkil edib.

Axar.az xəbər verir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, sentyabr ayında Bakıda mənzillərin kirayə qiyməti 13,16 faiz bahalaşıb:

“Ötən illə müqayisədə də kirayə qiymətləri 5,92 faiz bahalaşıb. Ay ərzində 1 otaqlı kirayə mənzilin orta qiyməti 416 manat, 2 otaqlı kirayə mənzilin orta qiyməti 460 manat, 3 otaqlı kirayə mənzilin orta qiyməti 582 manat, çoxotaqlı kirayə mənzilin orta qiyməti isə 769 manat təşkil edib”.

Ekspert əlavə edib ki, kirayə mənzillərin qiymətinin artmasına əsas səbəblərdən biri ali təhsil müəssisələrində əyani tədrisin açılmasından sonra Bakıya tələbələrin gəlməsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru