Xaricdən 5 qəpiyə alınan maska apteklərdə 4 dəfə baha satılır – RƏSMİ RƏQƏMLƏR

21-10-2021, 12:27           
Xaricdən 5 qəpiyə alınan maska apteklərdə 4 dəfə baha satılır –
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xaricdən 95 milyon 686 min 701 ədəd tibbi maska gətirilib. İdxal olunan tibbi maskanın ümumi dəyəri 3 milyon 554,39 min dollar (6 milyon 42,5 min manat) olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, bu ilin ilk 8 ayında ölkəyə gətirilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 3,7 sent və ya mövcud məzənnə ilə 6,3 qəpik olub.
Avqust ayında idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 3 sent və ya mövcud məzənnə ilə 5,1 qəpik olub.
Onu da bildirək ki, son bir-neçə aydır apteklərdə tibbi maskların bir ədədi 20 qəpiyə satılır.
Aylar üzrə ən çox maska yanvar ayında, ən az maska isə aprel ayında gətirilib.
Bu ilin (2021-ci il) ilk 8 ayında Azərbaycanın xaricdən aldığı tibbi maskaların sayı və qiyməti aşağıdakı kimi olub:

Aylar Sayı Məbləğ Bir ədədin gömrük dəyəri
Yanvar 15 940 640 ədəd 434,85 min $ 4,6 qəpik (2,7 sent)
Fevral 12 304 280 ədəd 398,23 min $ 5,5 qəpik (3,2 sent)
Mart 13 583 000 ədəd 401,06 min $ 5 qəpik (2,9 sent)
Aprel 5 504 260 ədəd 209,96 min $ 6,5 qəpik (3,8 sent)
May 12 270 524 ədəd 965 min $ 13,3 qəpik (7,7 sent)
İyun 8 453 610 296,55 6 qəpik (3,5 sent)
İyul 18 141 500 563,67 5,3 qəpik (3,1 sent)
Avqust 9 488 887 285.08 5,1 qəpik (3 sent)
CƏMİ 95 686 701 ədəd 3 554,39 min $ 6,3 qəpik (3,7 sent)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.