Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana nə qədər investisiya qoyub? - MƏBLƏĞ

23-10-2021, 10:59           
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana nə qədər investisiya qoyub? -
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 1995-ci ildən bu günədək Azərbaycana 500 milyon dollara yaxın investisiya qoyub.

Bizim.Media xəbər verir ki, bunu IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

O Trend-ə açıqlamasında bildirib ki, bu vəsaitlər müxtəlif sahələrdə, o cümlədən maliyyə xidmətləri, eləcə də infrastruktur və istehsal layihələrinin maliyyələşdirilməsinə yönəlib:

"Eyni zamanda IFC ticarət maliyyələşdirməsi proqramı çərçivəsində 100 milyon dollara yaxın vəsait ayırıb və Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üçün 250 milyon dollar təqdim edib".

İ.Duarte qeyd edib ki, son bir neçə il ərzində IFC-nin səyləri Azərbaycanda maliyyə infrastrukturu üzrə məsləhət işlərinə, eləcə də investisiyaların təşviqi strategiyası üzrə qanunvericilik bazasının yaradılmasına yönəlib:

"IFC-nin Azərbaycandakı işi xüsusən, kiçik biznes, kənd təsərrüfatı, qida məhsullarının təhlükəsizliyi, turizm kimi sahələrdə qanunverici və normativ təşəbbüslərin dəstəklənməsini əhatə edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru