"Sədərək" və "Binə" ticarət mərkəzlərində niyə maska taxmırlar? - DİN-dən AÇIQLAMA

23-10-2021, 16:57           
"Sədərək" və "Binə" ticarət mərkəzlərində niyə maska taxmırlar? -
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi şəxslər hələ də ən sadə təhlükəsizlik və gigiyena tələblərini yerinə yetirmir. Avtobuslarda, müxtəlif qapalı məkanlarda maskasız gəzən və yoluxma riskini daha da artıran xeyli sayda insan var. Belə yerlərdən biri də ölkənin ən böyük ticarət mərkəzləri sayılan “Sədərək” və “Binə” ticarət mərkəzləridir. Əksər hallarda bu ərazilərdə nə satıcıların, nə alıcıların maska taxmadığını, sosial məsafə qaydalarını gözləmdiyinin şahidi oluruq.

Məsələ ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir:

“Təkcə “Binə”və “Sədərək” ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir”.

Ticarət mərkəzlərində maskasız gəzənlərlə bağlı isə DİN rəsmisi bildirdi ki, monitorinqlər aparılır.

“Bütün hallarda nəzarət profilaktik tədbirləri aidiyyatı dövlət qurumları ilə birgə aparılır ", - deyə Elşad Hacıyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru