ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq

25-10-2021, 10:47           
ABŞ-da başlayacaq və dünyaya yayılacaq -
Twitter-in qurucusu və icraçı direktoru Cek Dorsey ABŞ-da və bütün dünyada hiperinflyasiyanın gözlənildiyini iddia edib.

Bizimyol.info xəbər verir ki, J.Dorsey ABŞ-da inflyasiyanın artdığını vurğulayaraq işlərin daha da pisləşəcəyini bildirib.

Dorsey tvitdə ABŞ-da başlayaraq bütün dünyaya yayılacaq hiperinflyasiyanın qaçılmaz olacağını yazıb. "Hiperinflyasiya hər şeyi dəyişəcək", - deyə Dorsey qeyd edib.

Tvit ABŞ-da istehlakçı inflyasiyasının son 30 ilin ən yüksək səviyyəsinə yaxınlaşması və problemin daha da böyüyəcəyi ilə bağlı narahatlıqlar fonunda yayılıb.

ABŞ Federal Ehtiyat Sisteminin sədri Ceremi Povell də bir gün əvvəl verdiyi açıqlamada ABŞ-da iqtisadi canlanmanın çox qeyri-sabit olduğunu və inflyasiyanın gözlənildiyindən daha öyük ola biləcəyini söyləyib.

"İnflyasiyanın yüksəlməsinə səbəb qlobal tədarük zəncirindəki fasilələrinin gözlənildiyindən daha uzun zaman davam etməsidir",- deyən Povell, bu vəziyyətin yəqin ki, gələn ilə qədər davam edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru