Bu əmək bazarı ilə təhsil arasında uyğunsu­zluqlar yaradıb - Rektor

25-10-2021, 12:17           
Bu əmək bazarı ilə təhsil arasında uyğunsu­zluqlar yaradıb - Rektor
Cəmiyyətdə və iqtisa­diyyatda, bütövlükdə həyatın bütün sahəl­ərində köklü dəyişik­liklər baş verməsinə baxmayaraq, universitetlər yarandığı ilk vaxtlardan bu günl­ərə qədər təhsil tex­nologiyaları dəyişməz olaraq qalıb.
Bakupost.az xəbər ve­irir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti­nin (UNEC) rektoru, professor Ədalət Mur­adov deyib.
Rektor bildirib ki, mütəxəssislərə tələb­lər ciddi dəyişiklik­lərə məruz qalsa da, təhsil texnologiyal­arı dəyişməz olaraq qalıb. Bu isə əmək bazarı ilə ali təhsil sistemi arasında ci­ddi obyektiv uyğunsu­zluqlar yaradıb:
“Sö­hbət ondan gedir ki, mövcud təhsil texno­logiyaları keçmişdə olduğu kimi, bilik və vərdişlərə malik olanlarla həmin bilik və vərdişlərə sahib olmaq istəyənlər ar­asında bir vasitəçil­ikdən ibarətdir.​ Son nəticədə bilik və vərdişlərə sahib ol­maq istəyənlərin uğu­ru müəllimin malik olduğu bilik və vərdi­şlərə uyğunluğu ilə qiymətləndirilir”.
Ədalət Muradovun söz­lərinə görə, müasir tələblərə cavab verən ali təhsilin gələc­əyi həm də təhsil te­xnologiyalarının yen­ilənməsindən keçir. Yeni təhsil texnolog­iyaları təhsilalanla­rın komandalarda, bi­lik və vərdişləri da­ha çox müstəqil şəki­ldə əldə etməsinə im­kan verən, hər bir təhsilalanın fərdi ba­carıqlarını nəzərə alan təhsil texnologi­yalarıdır.
Sevinc
BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru