"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb

26-10-2021, 08:06           
"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb
İlon Maskın banisi olduğu "Tesla" şirkətinin bazar qiyməti Nyu-York fond birjasında 1 trilyon dolları keçib.

Trend-in birjanın məlumatlarına istinadən verdiyi xəbərə görə, "Tesla"nın səhmlərinin qiyməti ötən gün "Hertz Global Holdings Inc" tərəfindən 100 min elektrikli avtomobilin sifariş edilməsi fonunda yüksəlib.

Bildirilir ki, səhmlərin qiyməti 9 faiz artıb, bu da şirkətin bazar qiymətinin 1 trilyon dolları keçməsinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru