Alimlər koronavirusa inanmayanların xəstəliyə daha çox tutulduğunu açıqladı

26-10-2021, 08:55           
Alimlər koronavirusa inanmayanların xəstəliyə daha çox tutulduğunu açıqladı
COVID-19-la bağlı “sui-qəsd nəzəriyyəsi” tərəfdarları xəstəlikdən daha çox əziyyət çəkir.

Bu fikirlə Amsterdan Universitenin mütəxəssisləri çıxış ediblər.

Alimlər 2020-ci ilin aprelində Niderlandın 5745 sakini arasında sorğu keçiriblər. Burada insanların COVID-19-la bağlı iddialara hansı səviyyədə inanması araşdırılıb. Həmçinin onların pandemiya ilə ortaya çıxan qaydalara nə dərəcədə riayət etməsi də öyrənilib.

Tədqiqatın yekunlarına əsasən, alimlər belə qənaətə gəliblər ki, xəstəliyə inanmayanlar digər insanlara nisbətən daha çox yoluxublar.

Mənbə: “Psychological Medicine”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru