Dünya bazarlarında təbii qazın bahalaşması davam edir
26-10-2021, 11:59
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
"APA-Economics"in məlumatına görə, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,8% artaraq 6,179 ABŞ dolları təşkil edib. azpolitika