Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə nə qədər vəsait ayrılacaq? - RƏSMİ

27-10-2021, 10:15           
Azərbaycanda gələn il hərbi və təhlükəsizlik sahəsinə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

Qafqaz.media xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, gələn dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 489 892 429,0 manat vəsait ayrılıb.

2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 153 165 727,0 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 501 146,0 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 119 118,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 605 521 347,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 600 442 500,0 manat vəsaitin ayrılması nəzərdə tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru