Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq

28-10-2021, 08:39           
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Cənubi Koreyanın altı avtomobil istehsalçısı nasaz komponentləri dəyişdirmək üçün ümumilikdə 327 598 avtomobil və motosikleti geri çağırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Yonhap agentliyi ölkənin Dövlət əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinə istinadən bildirib.

Nazirlikdən bildirilib ki, söhbət Hyundai Motor, Volvo Korea, Kia, Mclaren, Husqvarna Motorcycles Korea və Fleta motosikletlərini istehsal edən Myeong Won INC şirkətlərindən gedir.

Bu qərar təyin edilmiş istehsalçıların 20 avtomobil modelinə təsir edəcək.

Şirkətlər oktyabrın 28-dən təmir və ya hissələrin dəyişdirilməsinə başlamaq niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru