Əvəz Qocayev HƏBSİN ASTANASINDA... - AAYDA-nın "boz kardinal"ı himayədar sorağında...

2-12-2021, 12:41           
Əvəz Qocayev HƏBSİN ASTANASINDA... - AAYDA-nın "boz kardinal"ı himayədar sorağında...
Dünən xəbər yayaraq bildirmişdik ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyində dəyişikliyə hazırlıq getdiyi haqda xəbərlər dolaşmaqdadır və bu əsnada da AAYDA sədrinin müavini Əvəz QOcayevin çıxdaş ediləcəyini bildirmişdik.

Həmin məlumatla bu linkdən tanış ola bilərsiniz:

https://teref.az/manset/217482-evez-qocayevin-kaptulyasya-akt-lgnc-gelsme.html

DİA.AZ-a daxil olan son informasiyalardan belə aydın olur ki, barəsində hüquq-mühafizə orqanlarının da araşdırma apardığı haqda səhih bilgilər əldə edən Əvəz Qocayev özü ilə bağlı MÜDAFİƏ ÇƏTİRİ formalaşdırmağa çalışır.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, zamanında keçmiş PA rəhbəri Ramiz Mehdiyevin "əlindən su içmiş" Əvəz Qocayev də digər mehdiyevçilər kimi ortalıqda qalmış kimidirlər və onların yeni iqtidar heyəti ilə təmasları kifayət qədər müşküldür.

Belə bir şəriatdə barəsində hüquqi qərarın verilə biləcəyindən, hətta həbs qərarının veriləsəyindən ehtiyatlanan Əvəz Qocayevin bu gün başlıca qayğısı da məhz "yuxarılar"da yeni himayədar tapmaqdır. Alınacaqmı? Çətin görünür... Amma yenə də hər şey zamanla ortaya çıxacaq".

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru