AQTA-nın Göyçay fermerləri ilə SERTİFİKAT problemi davam edir - SƏBƏB

3-12-2021, 09:34           
AQTA-nın Göyçay fermerləri ilə SERTİFİKAT problemi davam edir - SƏBƏB
Payız-qış mövsümündə süfrələrin bəzəyi xurmadır. Bir sıra bölgəmizdə mövsümlə bağlı sözügedən məhsulun yığımı, satışı və ixracına demək olar ki, son verilir.

Bəs, məhsuldarlıq, satış və ixrac hansı vəziyyətdədir?

Bizim.Media-ya məhsuldarlığın vəziyyəti ilə bağlı danışan Göyşay ərazi nümyəndə rəhbəri Aydın Əliyev deyib ki, bu il məhsuldarlıq 160 sentiner olub və 2400-2500 ton xurma ixrac ediləcəyi gözlənilir:

“Meyvə bağımız 25 hektar artaraq 180 hektar olub. Amma yeni bağ olduğu üçün hələki məhsul vermir. Keçən il Göyçayda 155 hektar xurma bağı bar verib, 2170 ton xurma ixrac edilib. Ümumi məhsuldarlıq isə 140 sentiner olub. Məhsul yalnız Rusiya bazarlarına, konkret desək Sankt-Peterburq, Samara, Novosibirsk və digər şəhərlərə ixrac olunur. Ötən il bir yeşik xurma (9-10 kq) 12 manata, bu il isə 7 manata təklif olunub”.

Aydın Əliyev qeyd edib ki, hazırda ən böyük problem məhsulun Rusiya bazarlarına satışa çıxarılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sertifikat almasıdır:

“Agentlik 1 hektardan az olan məhsula sertifikat vermir. Düzdür, bu il xurmanın pomidordan fərqli olaraq Rusiya bazarlarına çıxarılmsı üçün heç bir əngəl olmadı. Həm xurma sərhəddə həftələrlə gözləyə bilir. Pomidorla bağlı isə sertifikat problemi davam edir”.

Alçina Amilqızı, Bizim.Mediaшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.