Şəmkir polisi şəhidin anım tədbirinə müdaxilə edib – VİDEO

7-12-2021, 00:00           
Şəmkir polisi şəhidin anım tədbirinə müdaxilə edib – VİDEO
Şəmkirdə şəhid Təbriz Namazovun anım tədbirinə polis müdaxiləsi olub.

Şəhidin anım tədbirində iştirak edən Sozcu.az saytının redaktoru Ceyhun Nəbi hadisə ilə bağlı bunları deyib: Bu gün Şəmkir rayonunun Seyfəli kəndində şəhid Təbriz Namazovun anım günü idi. Şəhid ailəsinin istəyi əsasında Şəhidlər Xiyabanında anım günü tədbirini çəkmək üçün dron gətirilmişdi. Şəkiliş zamanı Şəmkir polisi çəkilişə mane oldular.

Ceyhun Nəbi bildirib ki, polislərin anım tədbirində çəkiliş edən şəxsi aparmaları etiraza səbəb olub:

Dronla çəkiliş aparan şəxsin polis idarəsinə aparılması şəhid ailələrinin və Seyfəli kənd sakinlərinin etirazına səbəb oldu. Şəhid ailələri və kənd sakinləri dronla çəkiliş aparan kameramanın azad edilməsini və çəkilişin aparılmasına icazə verilməsini tələb etməyə başladılar. Şəhidin ziyarətinə gələn Şəmkir rayon icra başçısı Rəşad Tağıyevin göstərişdən sonra dron və çəkilişi aparan şəxs sərbəst buraxıldı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.