Əmlak Komitəsinə qarşı apellyasiya şikayətinə baxılıb – 3 milyonluq tələb
31-03-2016, 12:24
Kələntərli Azər Aydın oğlu və Maliyyə Nazirliyinin iddiası əsasında apellyasiya şikayətinə baxılıb. “Report”un məlumatına görə, sonuncu prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. A.Kələntərli və Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Azər Kələntərli və Həbibov Elman Kazım oğlu Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən A.Kələntərli və E.Həbibov 2 milyon 997 min 200 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürüb. İddia ərizəsində üçüncü şəxs qismində Maliyyə Nazirliyi göstərilib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan A.Kələntərli ilə Maliyyə Nazirliyi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.