Astaranın icra başçısı KİMİ ŞANTAJ EDİR? - İDDİA

25-01-2022, 16:54           
 Astaranın icra başçısı KİMİ ŞANTAJ EDİR? - İDDİA
"Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çətin mərhələ qarşısındadır. Əgər hansısa icra başçısı həbs olunursa, hansısa sakitcə görəvdən alınırsa, Astarada bütün bunların ötəsində bir olaylar baş verəcək". Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xatırladaq ki, bu günlərdə Bakının Nərimanov və Abşeron rayonlarının icra hakimiyyətinin başçıları görəvdən alındı və deyilir ki, proses bundan sonra da davamlı olacaq.

Redaksiyamıza deyilənlər: "Qəzənfər Ağayevin həbsi böyük rezonansa səbəb olacaq. Çünki bu adqam indidən "yuxarıda" ciddi vəzifə tutan nüfuzlu bir dövlət məmurunu şantaj etməklə məşğuldur. Yəni deyir ki, "əgər mən getsəm, sən batacaqsan"... Ona görə də bu günə kimi vəzifədə saxlanılır. Amma vaxtıdır..."

Mənbə olduqca ciddi faktları və Qəzənfər Ağayevin şantaj etdiyi nüfuzlu məmurun kimliyini açıqlayıb. Sadəcə olaraq dəqiqləşdirmə apardıqdan sonra bu barədə geniş məlumatları diqqətinizə təqdim edcəyik. Bizi izləməkdə davam edin...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru