“Boeing” Rusiya aviaşirkətləri ilə əməkdaşlığı dayandırdı

3-03-2022, 08:43           
“Boeing” Rusiya aviaşirkətləri ilə əməkdaşlığı dayandırdı
«Boeing» aviasiya texnikası istehsal edən şirkəti Rusiya aviaşirkətlərinə texniki xidməti və onlara ehtiyat hissələri tədarük etməyi dayandırır.

Bu barədə şirkətin bəyanatına istinadla «Röyter» agentliyi xəbər verib. Şirkətin Moskva bölmələrinin fəaliyyəti də dayandırılıb. Səbəb - Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarıdır.

«Münqişə davam edir və bizim komandalar diqqəti bölgədə həmkarlarımızın təhlükəsizliyinə cəmləyiblər» - şirkətin nümayəndəsi agentliyə bildirib.

Fevralın 28-də RBK öyrənib ki, təyyarələr üçün mühərrik istehsal edən müəssisələr, o cümlədən, CFM İnternational (Airbus və Boeinq təyyrələri üçün mühərrik istehsal edir) Rusiya daşıyıcı şirkətləri ilə əməkdaşlığı dayandırdığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru