Qubad İbadoğludan Rusiya və Belarus oliqarxlarının dondurulmuş sərvəti ilə bağlı MARAQLI TƏKLİF

5-03-2022, 09:18           
Qubad İbadoğludan Rusiya və Belarus oliqarxlarının dondurulmuş sərvəti ilə bağlı MARAQLI TƏKLİF
"Onların dəyəri 100 milyardlarla dollar məbləğində qiymətləndirilən aktivləri, o cümlədən Əlişir Usmanovun 600 milyon dollarlıq lüks yaxtası hərraca çıxarılmalı, əldə edilən gəlirlər Ukraynaya dəstək fonduna toplanmalı, humanitar məqsədli proqramlara, o sıradan qaçqınların məsrəflərinin ödənilməsinə yönəldilməlidir"

"Rusiyalı milyarder Roman Abramoviç "Chelsea" futbol klubunu satacağını və bu satışdan əldə edəcəyi "xalis gəlirləri" Ukrayna müharibəsi qurbanlarına bağışlayacağını elan edib". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğlu qeyd edib.

Partiya sədri hesab edir ki, bu nümunəyə çevrilməli, Rusiya və Belarus oliqarxlarının dondurulmuş dəyəri 100 milyardlarla dollar məbləğində qiymətləndirilən aktivləri, o cümlədən Əlişir Usmanovun 600 milyon dollarlıq lüks yaxtası hərraca çıxarılmalı və satışdan əldə edilən gəlirlər Ukraynaya dəstək fonduna toplanmalı, humanitar məqsədli proqramlara, o sıradan da Ukrayna qaçqınlarının məsrəflərinin ödənilməsinə yönəldilməlidir: "Digər hissəsi də demokratik hakimiyyət dönəmində dövlət büdcələrinə transfer edilməklə Rusiya və Belarus xalqına qaytarılmalıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru