Xarici ölkə qeydiyyatlı avtobusların ölkəmizdə sərnişin daşıması qanunidir? - AÇIQLAMA

8-03-2022, 12:25           
Xarici ölkə qeydiyyatlı avtobusların ölkəmizdə sərnişin daşıması qanunidir? - AÇIQLAMA
Hazırda qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemxarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyatakeçirilməsidir. Bu da öz növbəsində daşıyıcıların rentabelliyinəciddi zərbə vurur. Daşıyıcılar daha çox Gürcüstan dövlət nömrənişanlı avtobusların fəaliyyətindən şikayətləniblər.

Bu barədə Trend-insorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənbildiriblər.

Qeyd edilib ki, bununla bağlı Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindəqeyri-müntəzəm avtobus daşıyıcıları ilə görüş keçirilib. Görüşdədaşıyıcıların fəaliyyəti, qarşılaşdıqları problemlər, onların həlliyolları müzakirə olunub. Görüş zamanı daşıyıcıların təklifləridinlənilib. Qərara alınıb ki, kommunikasiya çevikliyinin təminedilməsi məqsədilə daşıyıcılarla Dövlət Avtomobil NəqliyyatıXidməti arasında vahid əlaqə kanalı yaradılsın və məsul şəxs təyinedilsin. Həmçinin, belə nəqliyyat vasitələrinin nömrələri vəonlardan istifadə edən daşıyıcılar müəyyən olunaraq müvafiq dövlətorqanı ilə birgə onlara qarşı tədbirlər həyata keçirilsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru