Nikelin 1 tonu ilk dəfə olaraq 100 min dolları keçdi
8-03-2022, 12:34
Rusiya-Ukrayna müharibəsi başlayandan dünya iqtisadiyyatı və sənayesində bir sıra gözlənilməz proseslər gedir. Rusiya valyutası dəyər itirdiyi halda neft və bəzi digər təbii sərvətlərin qiymətində artım müşahidə olunur. AzVision.az xəbər verir ki, "Bloomberg" bu gün nikelin qiymətinin ilk dəfə olaraq bir ton üçün 100 min dolları keçdiyini yazıb.