Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxıb

8-03-2022, 17:52           
Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxıb
Çikaqo birjasında buğda fyuçersləri 6%-dən çox artaraq 14 ilin ən yüksək səviyyəsinə çatıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, Ukraynada müharibə başlayandan sonra buğda bazarı 40%-dən çox artıb ki, bu da müşahidələr tarixində taxıl məhsulları üçün ən yüksək artım olub. Martın 7-də bazar 2008-ci ildən bəri maksimuma çatıb – 1 buşel 12,6 ABŞ dollarına və ya 1 kq 0,46 ABŞ dollarına bərabər olub.

2022-ci il martın 7-də qarğıdalı və soya kotirovkaları 2,7% və 2,1% artaraq müvafiq olaraq 7,75 dollar/buşel və 16,95 dollar/buşelə çatıb. Bu məhsulların qiymətləri 2012-ci ilin sentyabrından bəri ən yüksək səviyyədədir.

Qeyd edək ki, dünya buğda ixracının təxminən üçdə biri, eləcə də qarğıdalı ixracının 19%-i Ukrayna və Rusiyanın payına düşür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru