Avropa Komissiyasından yeni sanksiyalar paketi: Belarus bankları da SWIFT-dən ayrılacaq

8-03-2022, 18:22           
Avropa Komissiyasından yeni sanksiyalar paketi: Belarus bankları da SWIFT-dən ayrılacaq
Avropa Komissiyası (AK) Rusiyada fiziki şəxslərə və Belarusda banklara qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, Avropa İttifaqı ölkələrinin səfirləri çərşənbə axşamı saat 14:00-da (Bakı vaxtı ilə 17:00) keçiriləcək görüşdə sanksiyaları müzakirə edəcəklər.

Paket “üç Belarus bankının beynəlxalq ödəniş sistemi olan SWIFT-dən ayrılmasını və Avropa İttifaqındakı rus oliqarx və deputatlarının qara siyahıya salınmasını nəzərdə tutur.

Bloomberg agentliyinin məlumatına görə, söhbət 14 sahibkar və onlarla rusiyalı parlamentaridən gedir.
“Reuters” yazır ki, yeni məhdudlaşdırıcı tədbirlər paketinə dəniz texnologiyalarının Rusiyaya ixracına qadağa qoyulacaq və kriptovalyutaların Aİ sanksiyalarından yayınmaq üçün istifadəsinin qarşısını almaq üçün onlara nəzarət etmək tövsiyəsi yer alacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.