Rubl “koma”ya düşdü: uzun növbələr yarandı – VİDEO

9-03-2022, 11:28           
Rubl “koma”ya düşdü: uzun növbələr yarandı – VİDEO
Rusiyada nağd pul bazarında dolların dəyəri yeni zirvələrə çatır. Səhər saatlarına olan məlumata görə, 1 dollar 190 rubla çatıb.

Axar.az xəbər verir ki, bunu “Banki.ru” saytının monitorinq məlumatları sübut edir.

Rusiyada bir çox valyutadəyişmə məntəqələrində valyuta qurtarıb, boş olduğu üçün açılmır. Rusiya Mərkəzi Bankı isə mövcud vəziyyətə görə Moskva birjasını açmamağa qərar verib.

Xatırladaq ki, Rusiyanın Mərkəzi Bankı yaxın 6 ay ərzində banklara əhaliyə valyuta satmağı qadağan edib. Həmçinin xarici valyutada hesabı olan ruslar yalnız 10 min dollardan çox olmayan məbləği çıxara bilər. Qalanını isə ancaq rublla alacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru