Millət vəkilindən Təhsil Nazirliyinə: “Təhsil adında heç nə qalmayıb, hər şey məhvə gedir”

10-03-2022, 00:06           
Millət vəkilindən Təhsil Nazirliyinə:
"Bütün təhsil müəssisələrində normal dərsləri bərpa etmək lazımdır.

3 gün universitet, iki gün ev. Onlayn deyilən dərs yoxdur, oyuncaqdır. Tələbələrə ola bilsin ki, sərf edir, oxumurlar, gəzirlər, əylənirlər, əlləri də göydədir ki, dərs olmasın. Biz də tələbə olub görmüşük".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, dövlət bu qədər savadsız kadrı hara yerləşdirəcəyini düşünməlidir:

"Oxuyan varmı? Təhsil adında heç nə qalmayıb, hər şey məhvə gedir. Hər kəs əlinə bir smart telefon alıb, 5 dəqiqə dərsə həsr edir, bir vərəqi oxumamış, bir məsələni həll etməmiş, "tak-tak"… Keçir ki, görsün kimdən mesaj gəldi? Hər kəsin votsapında 15-20 qrup və hər qrupda 30-40 tələbə, tappaturup yazışırlar, zarafatlaşırlar, şəkil və video bölüşürlər. Təhsildən başqa hər şey… Biabırçılıq… Yazıq valideynlər də gah müəllim tutur, gah repetitor, gah kursa göndərir, gah nə bilim nə. Belə biabırçılıq olar? Bərpa edin təhsili. Daha bitdi pandemiya, bitdi! Təkliflər verin, təhsili necə xilas edək?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru