“Hilton” və “Hyatt” otel şəbəkələri də sanksiyalara qoşuldu

10-03-2022, 11:38           
“Hilton” və “Hyatt” otel şəbəkələri də sanksiyalara qoşuldu
"Hilton" və "Hyatt" otel şəbəkələri Rusiyada yeni otel açılışlarını dayandırdıqlarını elan ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Hilton" şəbəkəsi verdiyi açıqlamada Rusiyadakı bütün yeni fəaliyyətlərini dayandırdığını, həmçinin bu ölkədə əldə etdiyi gəliri Ukraynaya humanitar yardım üçün istifadə etmək niyyətində olduğunu bildirib.

Otel şəbəkəsinin açıqlamasında zərər çəkmiş bütün işçilərə ödəniş olunacağı qeyd edilib.

"Hyatt" otel şəbəkəsi də Rusiyada yeni fəaliyyətlərini və bu ölkəyə hər hansı yeni investisiyanı dayandırdığını bildirib.

"Biz ABŞ hökumətinin hazırkı sanksiyalarına və direktivlərinə əməl edərək Rusiyadakı otellərin fəaliyyətini qiymətləndirməyə davam edəcəyik və bu böhranı həll etməyə ümid edəcəyik", - deyə bəyanatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru