Məktəb binası müzakirələrə səbəb oldu: "Mal tövləsi olduğunu düşünə bilərsiniz" - Ekspertdən tənqid

10-03-2022, 16:11           
Məktəb binası müzakirələrə səbəb oldu:
Lerik rayonunun Dico kənd məktəbinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Paralel.az xəbər verir ki, məktəbin uzunluğunun 5m, eninin isə 3 m olduğu qeyd edilib:

Təhsil eksperti Kamran Əsədov bildirib ki, burada şagirdlərin təhsil alması üçün şəraitin varlığından söhbət belə gedə bilməz:

"Üzr istəyirəm, mal tövləsi, kənd yerində ayaqyolu, toyuq hini kimi variantları düşünə bilərsiniz.
Amma heç biri deyil. Bura məktəbdir.

Belə ki, şagirdlər burada 4-cü sinfə qədər təhsil aldıqdan sonra digər kəndə - 8 km uzaqlıqda yerləşən məktəbə köçürülür. Oğlan uşaqları həmin kənd məktəbində 11-ci sinfədək təhsillərini davam etdirsələr də, qızlar məsafə uzaq olduğundan, bundan məhrumdurlar".

Ekspert bildirb ki, kiçik bir məktəbin tikintisi üçün büdcədən vəsait ayrılmasını gözləməyə ehtiyac yoxdur:

“Məktəbin 2 şagirdi, 1 müəllimi var. Düşünərsiniz ki, balaca kənddir, məktəbə ehtiyac yoxdur. Bəli, kənd balaca yerdir, amma bu məktəbi bərbad olan və 13 evlik kəndin II Qarabağ müharibəsində, bizim zəfərlə başa çatan Vətən Müharibəsində 3 şəhidi, 4 qazisi, 10 döyüşçüsü olub.

2 otaqlı normal, 10 m-lik tikili maksimum 5 min manata başa gələr. Daha gözləmək lazım deyil ki, büdcə vəsait ayırsın. Mən utandım ki, güclü Azərbaycanın belə məktəbi var.
Misal üçün, bu qədər müşavir nəyə lazımdır? Onları işdən azad edib, onların 1 aylıq maaşına burada əla məktəb binası tikmək olar”- ekspert söyləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.