Kür çayı ilə bağlı həyəcan təbili - VİDEO

10-03-2022, 16:53           
Kür çayı ilə bağlı həyəcan təbili - VİDEO
Çayda su azalıb, nasosların boruları fəaliyyətsiz hala gəlib.

Kür çayının suyu ildən-ilə azalmaqda davam edir. Çayın səviyyəsinin enməsi səbəbindən də geriyə axım baş verir və Xəzər dənizinin suyu kür çayına qarışır. Hər gün irəliləməyə davam edən dəniz suyu 40 kilometr məsafəyə qədər geriyə axaraq Kürə qarışıb.

Bu ekoloji problemdən ən çox əziyyət çəkənlər isə Neftçala və Salyan rayonlarının sakinləridir. Rayon mərkəzlərinin əksər hissələri yeni çəkilmiş xətlər vasitəsilə içməli su ilə təmin edilib. Kəndlərdə də su çənləri qoyulub və bulaqlar çəkilib. Lakin su çatışmazlığı hələ də qalmaqdadır.

Kür çayında suyun azalması Salyan rayonunda nasosların işinə də təsir edib. SU nasosları quruda qaldığından tam gücü ilə işləyə bilmir. Hətta bir neçəsi ümumiyyətlə işləmir.

Mütəxəssislər bildirirlər ki, 10 ildən artıqdır Kür çayında suyun azalması müşahidə edilir. Son illərdə baş verən qlobal istiləşmə isə bu prosesi daha da sürətləndirib. Bununla yanaşı, suyun azalmasında insan amili də böyük rol oynayır.

Ekoloqlar bildirirlər ki, Kürün deltasında süni maneələr yaratmaqla çayın səviyyəsi ya qaldırılmalı, ya da Mingəçevir su anbarından buraxılan suyun həcmi artırılmalıdır. Əgər vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, Kürətrafı rayonlarda vəziyyət kritik həddə çata bilər.

Teref.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.