Rusiya iqtisadiyyatı çökür, manata təhlükə varmı?

11-03-2022, 11:53           
Rusiya iqtisadiyyatı çökür, manata təhlükə varmı?
“Rusiya özü ilə bərabər onun orbitində olan ölkələri də tənəzzülə sürükləyəcək. Fikrimcə, Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti birinci növbədə Avrasiya İttifaqına üzv ölkələri - Belarusu, Ermənistanı, Qırğızıstanı və Qazaxıstanı - təsirləndirəcək. Bundan sonra Rusiyada böhranın ikinci dərəcədə təsirləndirdiyi ölkələr Tacikistan, Özbəkistan, Türkmənistan və hazırkı siyasəti davam etdirərsə, Azərbaycan da ola bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, Azərbaycan höküməti Rusiyaya sanksiyaların tətbiqindən sonra regionda formalaşan yeni meylləri, qərarlaşan tendensiyaları müxtəlif ssenarilər üzrə qiymətləndirməli və qısa müddət ərzində adekvat proqramlar qəbul etməlidir: “Rusiya sərmayəsi olan banklar və şirkətlərlə bağlı vəziyyətə aydınlıq gətirməli, bankların son günlər valyuta mübadiləsi ilə bağlı manipulyasıyalarının (bəzi banklar son günlər dollar alırlar, satmırlar, rubl almırlar, satırlar), ölkədən valyuta çıxarılmasının qarşısını almalıdır, yoxsa Azərbaycanda ayrıca rus bankları və şirkətləri defolt ola və manatın kövrək "sabitliyi" pozula bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru