“Rusiyada qanuni yolla varlanan azərbaycanlı yoxdur” - İTTİHAM

11-03-2022, 11:50           
“Rusiyada qanuni yolla varlanan azərbaycanlı yoxdur” - İTTİHAM
“Pul hansı yolla əldə edilirsə, elə həmin yolla da xərclənir. Rusiyada da qanuni yolla varlanan azərbaycanlı yoxdur. Ona görə də onlar qanuni məsələlərdə, ictimai işlərdə pul xərcləyə bilmirlər”. Teref.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hazırkı gərgin vəziyyətdə Rusiyada yaşayan azərbaycanlı milyarderlərin həmyerlilərinə dəstək verməməsi barədə danışarkən deyib.

O bildirib ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin pulu yalnız qanunsuz əməllər üçün sərf edilə bilər: "Yəni, onların soydaşlarımıza dəstək verməməsinin səbəbi budur. Misal üçün, Hacı Zeynalabdin Tağıyev niyə bütün pulunu xeyriyyə üçün xərcləyirdi?! Çünki qanuni yolla qazanmışdı və onun üçün pul xərcləmək zövq idi. Bu adamlar isə qanunsuzluq edərək pul qazanırlar. Yəni özünü təhlükə ilə üzbəüz qoyub qazandığı pulu niyə xərcləsinlər ki?!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.