“Fitch” Rusiyanın beş nəqliyyat şirkətinin reytinqini endirdi

12-03-2022, 11:43           
“Fitch” Rusiyanın beş nəqliyyat şirkətinin reytinqini endirdi
Beynəlxalq reytinq agentliyi “Fitch” “Aeroflot”, “Sovkomflot”, “İlk yükdaşıma şirkəti”, “Globaltrans” və “Fesco”nun uzunmüddətli emitentin defolt reytinqlərini (IDR) "SS" səviyyəsinə endirib. AzVision.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Qeyd olunub ki, reytinqin aşağı salınması şirkətlərin borclarına xidmət qabiliyyətini pisləşdirə biləcək yeni məhdudiyyətlər deməkdir:

“Biz hesab edirik ki, Prezidentin (Vladimir Putin – Red) 5 mart 2022-ci il tarixli Sərəncamı sanksiyalar rejiminin sərtləşdirilməsi fonunda bir çox korporasiyaların bəzi xarici kreditorlara xarici və yerli valyutada olan borclarını vaxtında ödəmək imkanlarına keçilməz maneələr yarada bilər”.

“Fitch” əlavə edib ki, bütün beş şirkət üçün reytinqin aşağı salınması mümkün defolta səbəb olan yüksək əməliyyat və maliyyə risklərini əks etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru