BİABIRÇILIQ! Bakıda bu məşhur kafedə siçovul gəzir - ŞOK VİDEO

12-03-2022, 11:46           
BİABIRÇILIQ! Bakıda bu məşhur kafedə siçovul gəzir - ŞOK VİDEO
Bakıdakı tanınmış kafelərdən birində antisanitar şərait var.

Manset.az xəbər verir ki, bununla bağlı görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb.

O qeyd edib ki, videonu “Kardeşler” kafesində çəkib. Görüntülərdə bir gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi görünür.

A. Niftəliyev qeyd edib ki, görüntü “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alınıb: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlasaq da, hələ ki, cavab ala bilmədik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru