Xankəndidə 5 gündür qaz verilmir: general Volkovun işdə əli var? – VİDEO

12-03-2022, 14:02           
Xankəndidə 5 gündür qaz verilmir: general Volkovun işdə əli var? – VİDEO
“Xankəndiyə qar yağır və havanın temperaturu 0 dərəcədir. Artıq beşinci gündür ki, 100 minə yaxın sakin (ümumi əhalinin 80%-i və qazlaşdırılan əhalinin 100%-i) istilik və isti su da daxil olmaqla, qaz təchizatından tamamilə məhrum olub”.
Yeniavaz.com xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin hökumət başçısı Artak Beqlaryan deyib.
Qondarma başçı iddia edir ki, buna səbəb Rusiya sülhməramlılarına və erməni mütəxəssislərə Ermənistandan gələn yeganə kəmərə yaxınlaşıb onu təmir etməyə imkan verməyən Azərbaycan tərəfinin davranışıdır.
Qeyd edək ki, martın 8-də KİV-də Rusiya sülhmərmalılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində qaz borusunun partlaması xəbərləri yayılıb. Partlayış nəticəsində Xankəndidə qaz verilişi dayandırılıb. “Caliber” bildirir ki, bu erməni tərəfinin təxribatıdır və prosesin başında RSK komandiri general-mayor Andrey Volkov durur: “Volkov və onun Rusiya sülhməramlı komandanlığındakı etibarlı şəxsləri, eləcə də separatçılar baş verənlərə görə Azərbaycan tərəfini günahlandırmaq üçün qəsdən bu cür təxribatlara əl atırlar”. Nəşr vurğulayır ki, Volkovun bu addımı atmasına səbəb hadisədən bir neçə gün əvvəl Azərbaycan mətbuatında onun haqqında gedən “xoşagəlməz” xəbərlər olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.