Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - VİDEO

12-03-2022, 14:29           
Vətəndaşların DİQQƏTİNƏ:
Dövlət xəstəxanalarında icbari tibbi sığortası olduğu təqdirdə vətəndaşlardan pul tələb edən səhiyyə əməkdaşları, inzibati işçilər və hətta xəstəxana rəhbərləri ilə bağlı ciddi statistika qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə cəza tədbirləri də görülüb.

Teref.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin Koordinatoru Pərvin Baxşəliyeva bildirib.

Qurum rəsmisi deyib ki, vətəndaşlar xəstəxanalarda hər hansı neqativ hallarla qarşılaşırsa mütləq Agentliyə müraciət etsinlər.

Pərvin Baxşəliyeva həmçinin bildirib ki, icibari tibbi sığortası olan şəxslərin stasisonar müalicələri zamanı onların bütün dərman preparatları da pulsuz qarşılanmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru