Təhsil Nazirliyi vakant yerləri gizlədir – EKSPERTDƏN İTTİHAM

12-03-2022, 15:05           
Təhsil Nazirliyi vakant yerləri gizlədir – EKSPERTDƏN İTTİHAM
Təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə diqqət çəkib. Ekspert qurumun dövlət qulluğuna qəbul imtahanını niyə keçirdiyini sual edib.

Onun sözlərinə görə, insanlar borc-xərc tapıb imtahanda iştirak edir, testi keçir, müsahibəni keçirirlər, amma dövlət qurumları onları işə qəbul etmir: “Gənclər 2 il ehtiyat kadr siyahısında qalırlar, sorna da deyirlər ki, vaxtınız bitdi, sağ olun.

Əgər işə qəbul olunmaq üçün qurumların rəhbərliyinin qohumu, dostu, tanışı olmaq lazımdırsa, day insanları niyə narahat edib imtahan edirsiniz?

Niyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatlarında vakant yerlər görünmür?
Kimlər bu qurumda dövlət qulluğu imtahanında iştirak etmədən müvafiq vəzifələri tuturlar?
Nə qədər kimlərsə əvəzedici olub, başqasının yerini tutmalıdır?
Niyə biz bilmirik ki, Təhsil nazirliyində neçə nəfər daimi neçə nəfər əvəzedici, müqavilə ilə işləyir?”
aztoday












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.