Dünya aclıqla üz-üzə: taxıl ixracı kəsildi

14-03-2022, 08:33           
Dünya aclıqla üz-üzə: taxıl ixracı kəsildi
Rusiya və Ukraynadan taxıl tədarükünün dayandırılmasına görə dünyanın bir sıra regionları ərzaq çatışmazlığı və aclıqla üzləşəcək.

Axar.az xəbər verir ki, bunu İngiltərənin “Qardian” qəzeti yazıb.

Qeyd edilib ki, Ukrayna böhranı səbəbindən dünya 2008-ci il qlobal maliyyə böhranından sonrakı vəziyyətlə müqayisə oluna bilən ərzaq qiymətlərinin sürətlə artması ilə üzləşib. Rusiya və Ukraynadan tədarükün kəsilməsi mövcud vəziyyəti daha da təhlükəli edir.

BMT-nin Ümumdünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin sözlərinə görə, Ukrayna böhranının nəticələri dünyaya təsir edəcək:

“Taxıl və neftin qiymətləri sürətlə 2008-ci ilin ərzaq və yanacaq böhranından bəri müşahidə olunmayan göstəriciləri üstələyir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru