Bakıda təhlükəli vəziyyət: Məktəblilər risk altındadır - FOTO

14-03-2022, 12:13           
Bakıda təhlükəli vəziyyət:
Sakinlər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində bina tikilməsindən narazıdırlar.

Oxu.Az-ın məlumatına görə, sakinlər bildiriblər ki, Mənzil-Tikinti Kooperativlərindən (MTK) biri ərazidə yamacı yarıb, ancaq torpağın sürüşməsinin qarşısını almaq üçün gücləndirmə işləri aparmayıb. Daha sonra orada bina tikilib.

Bunun nəticəsi olaraq əvvəllər sakinlərin, xüsusilə məktəblilərin istifadə etdiyi pilləkənli piyada yolu dağılıb yararsız, qəzalı və təhlükəli hala düşüb.

Sakinlər iddia edirlər ki, güclü yağış yağarsa, torpaq sürüşməsi olacaq və ərazidəki məktəb tamamilə uçacaq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru