Nə "Airbus", nə "Boing"... - Rusiyadan Bakıya bu təyyarələr UÇACAQ

15-03-2022, 18:29           
Nə "Airbus", nə "Boing"... - Rusiyadan Bakıya bu təyyarələr UÇACAQ
Martın 21-dən Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana müntəzəm uçuşları bərpa edir.

Teref.az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Aldığımız məlumata görə, “Aeroflot"un Bakıya uçan təyyarələri nə "Airbus", nə də "Boing" şirkətinə məxsus olan təyyarələrdir.

Bəs, “Aeroflot” Rusiyadan Azərbaycana uçuşları hansı təyyarələrlə həyata keçirəcək?

Dəqiqləşdirdiyimiz məlumata əsasən, “Aeroflot”un uçuşları "Sukhoi Superjet" təyyarələri ilə baş tutacaq.

Bu, aztutumlu sərnişin təyyarələridir. "Sukhoi Superjet" təyyarələri maksimum 100 sərnişin daşıya bilir.

"Sukhoi Superjet ilk dəfə 19 aprel 2011-ci ildə istismara verilib. Təyyarə Yuri Qaqarinin adını daşıyəb. "Sukhoi Superjet" təyyarəsi Rusiyanın Komsomolsk-Amur şəhərində yerləşən aviasiya zavodunda istehsal olunub.

Bu günə qədər adıgedən təyyarədən 200 ədəd istehsal edilib. Hazırda onlardan 162-si istifadə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.