Vahid əlaqələndirmə mərkəzlərində 25 mindən çox xidmət göstərilib

1-04-2022, 08:18           
Vahid əlaqələndirmə mərkəzlərində 25 mindən çox xidmət göstərilib
Vahid əlaqələndirmə mərkəzlərində 25 mindən çox xidmət göstərilib

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 25620 şəxsə xidmətlər göstərilib.
Bu barədə Bakupost.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 142 - Çağrı mərkəzi vasitəsilə isə həmin mərkəzlərə aid məsələlər üzrə 77277 vətəndaş müraciəti cavablandırılıb.
Hazırda Bakı şəhərində və Abşeron rayonundakı DOST mərkəzlərində, Gəncə şəhərində, Masallı və Ucar rayonlarında regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.
Həmin mərkəzlərdə 6-sı mərkəzi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və 33-ü yerli icra hakimiyyəti olmaqla 39 qurum üzrə 26 istiqamətdə (əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s.) xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edilir.
Vahid əlaqələndirmə mərkəzləri şəbəkəsinin ölkəmizin bölgələri üzrə genişləndirilməsi istiqamətində işlər davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.