Avropadakı rusiyalılar özlərini ukraynalı kimi göstərib güzəştlərdən yararlanmağa çalışır

3-04-2022, 09:53           
Avropadakı rusiyalılar özlərini ukraynalı kimi göstərib güzəştlərdən yararlanmağa çalışır
Müharibənin əvvəlindən bu yana bir çox Avropa İttifaqı ölkələrində Ukraynadan gəlmiş qaçqınlar sosial və iqtisadi güzəştlərdən istifadə edirlər. Bunların sırasına Ukrayna pasportuna sahib şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadəsi də daxildir.

Sözügedən vəziyyətdən isə Avropadakı rusiyalı turistlər də istifadə etməyə başlayıb. Qeyd olunur ki, rusiyalılar Ukrayna pasportlarının üzlüyündən istifadə edərək ictimai nəqliyyatdan pulsuz istifadəyə cəhd edirlər.

Sözügedən vəziyyət sosial şəbəkələrdə də rusiyalı istifadəçilər tərəfindən təsdiqlənir. Onlar həmvətənlərini də eyni qaydada davranmağa dəvət edirlər.

Mənbə: Unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru