Azərbaycanda Rusiya istehsalı olan avtomobil təkərləri bahalaşıb - VİDEO

3-04-2022, 12:36           
Azərbaycanda Rusiya istehsalı olan avtomobil təkərləri bahalaşıb - VİDEO
Rusiyaya tətbiq edilən sanksiyalar təkər bazarına təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, Rusiyada fəaliyyət göstərən Yaponiyaya məxsus bəzi təkər zavodlarının bağlanması bu ölkədə istehsal olunan təkərlərin qiymətinin bahalaşmasına səbəb olub.

Mütəxəssislər deyir ki, Rusiyada təkərlərin qiyməti 30 faizə qədər artıb. Rusiyadan Azərbaycana da təkər ixrac edildiyindən qiymət artımı yerli bazara da təsir edib.

Bəzi satıcılar qiymət artımını logistik problemlərlə də əsaslandırırlar. Onlar deyirlər ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcinin artmasıdır.

Qiymət artımı alıcılıq qabliyyətini də zəiflədib.

Satıcılar deyirlər ki, vəziyyət belə davam etsə, təkərləri Yaponiyadan sifariş etməli olacaqlar.

İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, təkər qiymətlərinə təsir edən başqa amillər də var.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.