Bu ali təhsil ocağında böhran heç hiss olunmur... - Bunun adına israfçılıq deyərlər...

18-04-2016, 13:03           
Bu ali təhsil ocağında böhran heç hiss olunmur... - Bunun adına israfçılıq deyərlər...
Ölkəmizdə son illərdə sosial infrastruktur layihələrinə kifayət qədər böyük vəsaitlər ayrılır. Bu sahədə ciddi inkişafa nail olunsa da, bir çox hallarda ayrılan vəsaitlərin düzgün xərclənməməsi, israfçılıq hallarının baş verməsini müşahidə edirik. Mənimsəmə və sui-istifadə hallarının artması binaların inşasında,təmirində,üzlənməsində də baş verir.Keyfiyyətsiz inşaat materiallardan istifadə bir müddət sonra görülmüş işin bərbad vəziyyətdə olmasını,ora xərclənən dövlət vəsaitinin səmərə verməməsini, “havaya”sovruldugunu təsdiqləyir.
Bu risklərin yaratdığı fəsadlardan, əlavə maliyyə vəsaiti xərcləmədən sığortalanmaq isə mümkün olmur. Hətta ötən il Binəqədi rayonunda binanın yanması kimi ciddi qəzalar belə baş verir. Nəticədə isə xərclənən milyonlarla vəsaitin itməsi ilə yanaşı insan həyatına təhlükə də qaçılmaz olur. Son bir neçə gündə elə bu cəhətdən bir məsələ diqqət çəkir. Təmiri yenicə tamamlanmış Azərbaycan Memarlıq və İnşaat Universitetinin binasına 3 milyon manat dövlət vəsaitinin ayrılması,universitet binasının üzlənməsi heç kimə sirr deyil.Hazırda binanın üzərinə vurulan üzlük tökülür,ya da vurulmuş üzlüyün çökməsi səbəbilə yenidən təmir olunması baş verir.
Faktinfo.az saytı olaraq, məsələnin səbəbini aydınlaşdırmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova ilə əlaqə saxladıq. Binada ciddi problem olmadığını deyən rektor xanım kiçik bir çöküntü baş verdiyini və bunun tezliklə aradan qaldırılmasına başlandığını dedi: “Burada narahatçılıq yaradacaq məqam yoxdur. Hər binada bu cür problem mövcud ola bilər. Universitetin binasında təmir işləri tezliklə yekunlaşacaq və bina əvvəlki vəziyyətinə qayıdacaq”.

Göründüyü kimi yaranmış vəziyyət hər bir halda maliyyə itkisidir ki,indiki vəziyyətdə ölkə vətəndaşlarına xoş təəssürat bağışlamır.Binanı hansı şirkət və ya dövlət qurumunun təmir etdiyini dəqiq bilməsək də təmirdə ARDNŞ-in adının keçməsi təxmin edilir.Milyonlarla manat vəsait ayrılaraq “yüksək şəkildə təmir” edilən ali təhsil müəsisəsinin belə bir vəziyyətə düşməsi diqqət edilməli məqamdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.