Sahibkar işçiləri təqhir etməkdən belə çəkinmir… - “Ballı” marketdə bıabırçılıq
18-04-2016, 13:41
“Ballı” marktlər şəbəkəsində ciddi qanun pozuntuları, işçilərin istismarı, onlarla əmək müqavilələrinin bağlanmaması, söyülməsi, təhqir olunması və diğər ciddi hallar baş verir.
“Ballı” marketlər şəbəkəsində baş verənlər bununla yekunlaşmır. Belə ki, bir meddət əvvəl sözügedən marketlərdə bağlı dəfələrlə ciddi qanun pozuntuları aşkarlanmışdı. İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında TEREF.İNFO bizimxeber.az istinadən yazır ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Ballı” marketlərində ciddi qanun pozuntusu aşkar edilmişdi.
“Ballı” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunmuşdu.
Bunun ardıncan “Ballı Market” in vəzifəli şəxsləri tərəfindən unun qiymətinin süni şəkildə artırılması barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdi.
İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Ballı Market”in rəhbəri Həsən Mayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mağazada satılan 50 kiloqramlıq un kisələrinin qiymətini süni surətdə artıraraq, həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanılmış, H.Mayılova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Bildirilirdi ki, cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Amma sonradan müəmmalı səbəblərdən bu istintaqın gedişi və ya H.Mayılova qarşı hansı məsuliyyətin tətbiq edildiyi bəlli olmadı. Daha doğrusu, sözügedən şəxs barədə heç bir məlumat veriımədi və marketlər şəbəkəsi öz köhnə fırıldağını davam etdirir.
Daha ciddi məqam isə, “Ballı” merketlər şəbəkəsinin sahibi Elman Məmmədov adlı şəxsin əməlləridir. Adının çəkilməsindən ehtiyyat edən işçilər Elman Məmmədovun onlara zülm verdiyini deyir. Çörək pulu üçün səslərini çıxarmayan işçilər artıq bu tip sahibkarla işləməyin mümkünsüzlüyünü bildirirlər. İşçiləri təhqirdən tutmuş, müxtəlin növ cərimələrlə cərimələyən Elman Məmmədovu yalnız pul düşündürür. Vergidən yayınma, qiymət artımı, çəki aldanışları kimi halların baş alıb getdiyi bu market sahibinə dayan deyən yoxdur. Patekləri sayıb satıcılara belə verən Elman Məmmədov artıq paket işlədən satıcını azı 100 manat cərimələyir. Elman Məmmədov işçilərin əksəriyyəti ilə əmək müqaviləsi belə bağlamayıb. Bütün bunlar azmış kimi, işdən çıxan işilərin əmək haqqlarını belə vermir və ya onları şərləməkdən belə çəkinmir.
Daha ciddi fatkları yaxın günlərdə təqdim edəcəyik…
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az