`Vergi adı altında ölkəyə başqa məhsullar idxal edilir`

18-04-2016, 15:12           
`Vergi adı altında ölkəyə başqa məhsullar idxal edilir`
“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkədə yeni iqtisadi islahatlara çox ciddi start verilib. Artıq bu istiqamətdə müvafiq komanda da təşkil olunub, müşavir də təyin olunub”.

AzVision.az xəbər verir ki, bunu paramentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Vahid Əhmədov deyib. Onun öszlərinə görə, müzakirəyə təqim olunan sənədlər, xüsusilə, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər çox əhəmiyyətlidir:

“Çünki burada əkinəyararlı torpaq sahələrinin təyinatdan kənar istifadəsinin və ya istifadə olunmamasının qarşısının alınması nəzərə tutulur. Belə ki kimsə öz torpağından təyintadankənar istifadə edərsə və ya ümumiyyətlə, istifadə etməsə, o, bir hektara görə min manat cərimə olunacaq. Cərimənin, vergi dərəcəsinin bu dərəcədə artırılması çox yaxşıdır. Çünki ölkəmizdə kimlərsə, xüsusilə, bəzi məmurlar, vəzifəli şəxslər tərəfindən yüzlərlə hektar torpaq sahəsi tutulur, zəbt olunur, hasarlanır və istifadə edilmir.

Elə mənim özümün deputat selçildiyim Quba rayonunda elə kəndlər var ki, kimlərsə 100, 150, 200 hektar torpaq sahəsi zəbt edib və ondan istifadə etmir. Odur ki, bunun qarşısının alınması istiqamətində Vergi Məcəlləsdində nəzərdə tutulan dəyişiklik çox vacibdir".

Millət vəkili eyni zamanda, 2007-ci ildə qanunvericiliyə dəyişiklik yoluyla sənaye parklarının 7 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edildiyini xatırladıb:

"İndisə yenidən bu müddətin 5 il artırılması təklif olunur. Məsələn, Sumqayıt Sənaye Parkı 10 ilə yaxındır ki, ƏDV ödəmir. Amma bu, o, demək deyil ki, həmin sənaye parkı hər zaman ƏDV ödəməməlidir. Ona görə bilmək istəyirəm ki, bu, bütün sənaye parklarına şamil olunur, yoxsa, gəmiqayırma ilə bağlı sənaye parklarına?"

Bəzi məhsulların Əlavə Dəyər Vergisindən azad edilməsini müsbət qiymətləndirən millət vəkili söyləyib ki, burada süni istifadə hallarına yol vermək olmaz:

“Adətən belə hallara çox rast gəlinir. Bəzən məhsullar vergidən azad edilir, lakin sonradan vergi adı altında Azərbaycana başqa məhsullar idxal edilir. Ona görə də Vergilər Nazirliyindən bu məsələdə diqqətli olmağı xahiş edirəm. Düşünürəm ki, Azərbaycana gətirilən bu cür məhsulların siyahısı tərtib edilməlidir ki, Azərbaycana vergisiz artıq məhsullar gətirilməsin”.

İclasda iştirak edən Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, bu güzəşt bütün sənaye parklarına şamil olunmur və olunmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.