Ölkə ərazisi 5 zonaya bölündü - Prezident İlham Əliyev fərman verdi (SİYAHI)
21-04-2016, 19:12
Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edən fərman imzalayıb.
teref.az xəbər verir ki, fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib və ölkə ərazisi 5 investisiya zonasına bölünüb:
1. Bakı, Bakı qəsəbələri və Abşeron.
2. Sumqayıt və Gəncə.
3. Naxçıvan.
4. Sərhəd və cəbhəyanı rayonlar.
5. Digər rayonlar.
Prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0.2 - 10 milyon manatdır.
Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır.