Təhsil üsrə ekspertdən məktəb direktorlarına çağırış...

16-05-2022, 11:45           
Təhsil üsrə ekspertdən məktəb direktorlarına çağırış...
Əziz məktəb direktorları, zəhmət olmasa, bunu oxuyun, sabah ətraflı, xüsusilə də bu hallara yol verən məktəb direktorları barəsində ayrı-ayrılıqda adlarını qeyd edərək yazacam.
Teref.az yazır ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədə paylaşıb. Daha sonra ekspert yazır:
Deməli, IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verdiyiniz barədə çoxsaylı şikayətlər daxil olur.
Deyirsiniz ki, Təhsil nazirliyi tapşırıq verib nəticəsi zəif olanlar peşə təhsilinə yönəldilsin. Yaxşı edirsiniz, amma düz etmirsiniz.
Siz elə bilirsiniz ki, icbari təhsil 9 illikdir, yəni şagirdlərin 9-cu sinifə qədər gəlməsi məcburi, ondan sonra sizin xoşunuza görədir?
Xeyir əziz direktorlar, bu belə deyil. 9-cu sinifə qədər təhsil icbari (məcburi), ondan sonra isə könüllü, yəni şagirdlərin nəticələrindən asılı olmayaraq, öz istəkləri ilə tam orta təhsil (10,11) oxuya bilərlər.
Şagirdlərin nəticələrinin zəif olmasına görə isə, əlbəttə ki, günahkar sizsiniz. 9 il o şagirdlərə görə əmək haqqı alıbsınız.
Şagirdlərin təhsil alma hüququnu məhdudlaşdırmağa heç kim sizə ixtiyar verməyib.
Kamran Əsədov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru